Türkiyə baş nazirinin müavini: “”Halkbank”ın İranla əməkdaşlığı əvvəlki qaydada davam edəcək”

Türkiyə baş nazirinin müavini: “”Halkbank”ın İranla əməkdaşlığı əvvəlki qaydada davam edəcək”
# 09 yanvar 2014 15:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Halkbank”ın İranla əməkdaşlığı əvvəlki qaydada davam edəcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Əli Babacan deyib. O bildirib ki, “Halkbank” əvvəllər olduğu kimi, Türkiyənin İrandan idxal etdiyi neft və təbii qazla bağlı ödəmələrdə rolunu davam etdirəcək: “Türkiyə İrandan aldığı neft və qazın pulunu İranın “Halkbak”dakı hesabına köçürəcək”.

Xatırladaq ki, Türkiyədə keçirilən son rüşvət və korrupsiya əməliyyatı çərçivəsində dövlət bankı “Halkbank”ın müdiri Süleyman Aslan həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR