ANAMA Lənkəran yaxınlığındakı keçmiş tank poliqonunun ərazisində minatəmizləmə işlərini yekunlaşdırıb

ANAMA Lənkəran yaxınlığındakı keçmiş tank poliqonunun ərazisində minatəmizləmə işlərini yekunlaşdırıb
# 12 iyun 2014 09:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran şəhəri yaxınlığında, Xəzər dənizinin sahilindəki keçmiş tank poliqonunun ərazisində minatəmizləmə işlərini yekunlaşdırıb.

Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

Onun sözlərinə görə, quru hissədə minatəmizləmə işləri yekunlaşıb. Lakin dənizin dibində minalar mövcuddur. Onların axtarışı, tapılıb zərərsizləşdirilməsi üçün sualtı əməliyyat imkanlarına malik avadanlıqların alınmasına ehtiyac var.

Ümumilikdə ANAMA tərəfindən ərazidə 134 mina və 21 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib: «Sovet Ordusu Azərbaycanı tərk edərkən bu minaları çuxurlara yığıb və üzərini torpaqla örtüb. Ərazidə yeraltı sular qalxdığından minatəmizləmə əməliyyatları olduqca çətin keçdi. Korroziyaya uğramış minalar istənilən zaman kiçik təsirdən partlaya biləcək şəkildə idi”.

Qeyd edək ki, vaxtilə keçmiş sovet ordusunun tank taboru yerləşib və tank poliqonu kimi istifadə olunmuş ərazidə əməliyyatlara cari ilin aprel ayında başlanıb. Sovet ordusu Azərbaycanı tərk edərkən rus əsgərləri minaları dənizə, kanala və çuxurlara ataraq üstünü bağlayıblar. Orada bir neçə sursat anbarının suyun altında qaldığı ehtimal edilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR