Gəncədə sərxoş sürücü qəza törədib - VİDEO

Gəncədə sərxoş sürücü qəza törədib - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 07:56 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Göygöl rayonun Üçtəpə kənd sakini, 28 yaşlı Vüqar Qurbanov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə prospektlə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib, ağaca daha sonra isə məişət tullantıları qutusuna çırpılıb. Nəticədə sürücü və onun sərnişini - 30 yaşlı Qamət Süleymanov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcilli tibbi yardım Xəstəxanasının travmatologiya şöbəsində yerləşdirilib. Xəstəxanadan bildirilib ki, Vüqar Qurbanovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onun dilinin qopduğu bildirilib. V. Qurbanovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR