Hicran Hüseynova AŞPA-nın komitə sədri ilə görüşüb

Hicran Hüseynova AŞPA-nın komitə sədri ilə görüşüb
# 08 may 2013 16:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsi sədrinin birinci müavini, Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçi, “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsinin siyasi koordinatoru Mendes Bota ilə görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə əməkdaşlıq məsələləri və hər iki tərəfi maraqlandıran problemləri, habelə Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə” haqqında Konvensiyası ətrafında müzakirələr aparılıb.

Tədbirdə AŞPA-nın əməkdaşı Jerardin Qreneb və Komitənin Beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR