Azay Quliyev: “Cəmil Həsənlinin bu yükü çəkə bilməyəcəyi əvvəlcədən məlumdur”

Azay Quliyev: “Cəmil Həsənlinin bu yükü çəkə bilməyəcəyi əvvəlcədən məlumdur”
# 26 avqust 2013 11:14 (UTC +04:00)

A. Quliyev Milli Şuranın “iki aydır ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaq məsələsi ilə məşğul olduğunu”, “natamam olan sənədləri MSK-ya təqdim etdiklərini” deyib: “Bəzi beynəlxalq təşkilatlar qarşısında hay-küy yaratmaqla ölkədəki seçki mühitini zədələməyə və Milli Şuranın sədrinə qarşı təzyiqlərin olması haqqında görüntü yaratmağa cəhd edilir. Bu ancaq təəssüf hissi doğurur”.

Deputatın fikrincə, Milli Şura heç bir sosial bazaya və ciddi ictimai dəstəyə malik deyil: “Bunu avqustun 18-də keçirdikləri mitinq də sübut etdi. Bu, sözün əsl mənasında siyasi iflas idi. Ola bilsin ki, gələcəkdə müxalifət özünün aşkar uğursuzluğunu ört-basdır etmək məqsədilə mitinq üçün ayrılan geniş meydandan imtina edib, şəhər mərkəzində və dar küçələrdə razılaşdırılmamış mitinqlər təşkil etməyə cəhd etsin. Düşünürəm ki, bu artıq gücsüzlüyün açıq etirafı və qanunların bilərəkdən pozulması olacaq. Ümid edirəm ki, beynəlxalq təşkilatlar və diplomatik korpus, xüsusilə ATƏT-in uzun müddətli müşahidəçilik missiyasını həyata keçirən Demokratik İnstitutlar və İnsan Haqları Bürosu belə cəhdlərə adekvat qiymət verəcək”.

Millər vəkilinin sözlərinə görə, Milli Şuranın Cəmil Həsənlinin namizədliyini irəli sürməsi də nəticəyə təsir etməyəcək: “Mən bunu seçkilərdə nəyəsə nail olmaqdan daha çox Milli Şuranın seçkiyə qədər dağılmasının qarşısını almaq cəhdi kimi qiymətləndirirəm. Süni də olsa birlik nümayiş etdirmək və siyasi gündəmdə qalmaq üçün bu taktikaya əl atdılar. Bu da yəqin ki, onlar üçün 2013-cü ilin seçkilərində ən böyük təsəlli olacaq. Çünki Cəmil Həsənlinin bu yükü çəkə bilməyəcəyi əvvəlcədən hamıya məlumdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR