Urmiya gölünə tökülən çayların üzərində sədlərin inşası dayandırılıb

Urmiya gölünə tökülən çayların üzərində sədlərin inşası dayandırılıb
# 10 sentyabr 2013 11:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani Urmiya gölünə tökülən çayların üzərində sədlərin inşası prosesinin dayandırılması barədə göstəriş verib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İranın energetika naziri Həmid Çitçian bildirib.

Onun sözlərinə görə, Urmiya gölünün bərpası ilə bağlı işçi qrupu yaradılıb: “Bu qrup Urmiya gölü ilə bağlı bundan öncə aparılmış bütün araşdırmalara baxıb və həmin tədqiqatlara əsasən bəzi layihələr həyata keçirilmək üçün hazırlanıb. Eyni zamanda işçi qrupu Urmiya gölünün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30-dan çox təklifi nəzərdən keçirir”.

H.Çitçian deyib ki, Urmiya gölünə tökülən çayların üzərində sədlərin salınması ilə bağlı araşdırmalara da son veriləcək: “Hazırda Araz çayı, Xəzər dənizi və digər su hövzələrindən Urmiya gölünə su axıdılması ilə bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR