Barak Obama Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb

Barak Obama Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb
# 19 noyabr 2013 21:36 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama noyabrın 19-da senatorlarla görüşü zamanı, Konqresi danışıqların davam etdiyi dövrdə İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Cey Karni bildirib.

“Prezident qeyd etdi ki, danışıqların davam etdiyi bir dövrdə İrana qarşı yeni sanksiyalar tətbiq etmək məqsədəuyğun deyil. İran “altılıq” ölkələrinin təkliflərini qəbul etmədiyi təqdirdə və ya öz öhdəliklərini icra etməzsə, bu sanksiyalar o zaman effektiv olardı”, deyə Karni vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR