Bakıda sulu qar yağacaq, şimal-qərb küləyi arabir güclənəcək, axşama doğru şiddətlənəcək - YENİLƏNİB

Bakıda sulu qar yağacaq, şimal-qərb küləyi arabir güclənəcək, axşama doğru şiddətlənəcək - <span style="color: red;">YENİLƏNİB
# 02 dekabr 2013 09:51 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi gözlənilir. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 3-də hava şəraitinin təzadlı dəyişiləcəyi, temperatur rejiminin kəskin aşağı enməsi, şimal küləyinin şiddətlənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR