Azərbaycanın xarici işlər naziri Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib - FOTO

Azərbaycanın xarici işlər naziri Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 08:38 (UTC +04:00)

Bakı - APA. ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçrəli həmkarı Didier Burxalter ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Didier Burxalter ölkəsinin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə təşkilatla Azərbaycan arasında əməkdaşlıq məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara dəstək verməyə hazır olduğunu bildirib.

Nazir E.Məmmədyarov münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyini həmkarının diqqətinə çatdırıb və sülh prosesində irəliləyişin əldə olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyini qeyd edib.

Bundan başqa, Azərbaycanın xarici işlər naziri Estoniya və Finlandiyadan olan həmkarları ilə də ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və Aİ-Azərbaycan münasibətləri müzakirə edilmişdir. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması yüksək qiymətləndirilib.

Nazir E.Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqda qarşı tərəfə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR