Bakıda “Xeyirxahlıq xanımının yuxuları” adlı sərgi keçirilir

Bakıda “Xeyirxahlıq xanımının yuxuları” adlı sərgi keçirilir
# 18 iyun 2013 12:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakıda “Kiçik QalArt” qalereyasında “Xeyirxahlıq xanımının yuxuları” adlı sərgiyə start verilib.

APA-nın məlumatına görə, sərgidə dizayner-heykəltaraş Daniyel Hovard Nyuton və fotoqraf, performans və instalyasiya rəssamı olan Natalya Mali xeyirxahlıq xanımının möcüzəli dünyasını tamaşaçılara nümayiş etdirəcəklər.

Xeyirxahlıq xanımı agent, provokator, sadomazoxist, fenomenal super-eqodur. “Pilləkən” və “Pendulum” adlı instalyasiyalar konflikt və təqsir arasındakı əlaqələri nümayiş etdirir.

Natalya Mali və Daniel Hovard Nyutonun üç hissədən ibarət olan psixoloji trilleri insanın özünüdərki haqqındadır. Triller stereotiplərdən, komplekslərdən, ehtiras və yuxulardan bəhs edir.

Sərgi iyulun 31-dək davam edəcək, giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR