Azərbaycanın 5 rayonu üzrə 30 min nəfərdə müəyyən xəstəliklər aşkarlanıb

Azərbaycanın 5 rayonu üzrə 30 min nəfərdə müəyyən xəstəliklər aşkarlanıb
# 22 aprel 2014 14:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bərdə rayon Müalicə Diaqnostika Mərkəzində Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

APA-nın xəbərinə görə, toplantıda səhiyyə naziri Oqtay Şirəliyev prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizdə fevralın 17-dən başlayan əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiya tədbirləri barədə danışıb. Nazir onun nəticələri və Bərdə, Tərtər, Ağdam, Yevlax, Mingəçevir rayonlarında əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti diqqətə çatdırıb. O.Şirəliyev artıq bir neçə aydır davam edən icbari dispanserizasiya zamanı təkcə bu regionda yüz minlərlə insanın müayinədən keçirilməsinin, 30 min insanda müəyyən xəstəliklərinin aşkarlanmasının və onların müalicəyə cəlb edilməsinin böyük göstərici olduğunu bildirib: “Həmin insanlar bir neçə müddət sonra ağır vəziyyətdə tibb müəssisələrinə gətirilə bilərdi. Ancaq icbari dispanserizasiya xəstəliyin erkən aşkarlanmasına və vaxtında aradan qaldırılmasına kömək edir. Ölkə rəhbəri hər bir insanın heç olmasa ildə bir dəfə tibbi müayinədən keçirilməsinin zəruriliyini qeyd edib. Biz də dövlət başçısının tövsiyəsini nəzərə alaraq, bu sahədə lazımi tədbirləri yüksək səviyyədə yerinə yetiririk. Mən hazırda bölgənin bütün tibb işçilərinə qısa müddətdə bu qədər insanları qəbul etdiyinə, onları tibbi müayinədən keçirdiklərinə görə öz minnətdarlığımı çatdırıram”.

Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkə rəhbərinin sosial yönümlü siyasəti nəticəsində son illər ərzində səhiyyənin inkişafı istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdən söz açıb. 10 ildə Azərbaycanda ölüm göstəricisinin azaldığını, doğum, təbii artım göstəricilərinin isə yüksəldiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR