Bakı-Sumqayıt avtomobil yolu genişləndirilir - FOTO

Bakı-Sumqayıt avtomobil yolu genişləndirilir - <span style="color: red;">FOTO
# 06 mart 2014 07:22 (UTC +04:00)

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, bu məqsədlə Bakı-Sumqayıt yolunun 9-cu km-də yeni yolötürücüsü tikilir və yeni iki zolaqlı yol çəkilir. Həmçinin avtomobillərin istənilən istiqamətə hərəkət etməsi üçün dairə tikilməsi də nəzərdə tutulur.

Onun sözlərinə görə, yeni yol ərazidə yerləşən hərbi hissədən Yol Polisi postuna çıxışı təmin edəcək. Uzunluğu 45 m olan bu yolötürücüsü bir aşırımlıdır.

P.Mürsəliyev deyib ki, Sumqayıtdan Bakı istiqamətində Sulutəpə-Xocəsən-Biləcəri yolunun 2 zolaqdan 8 zolağa qədər genişləndirilməsi işləri də həyata keçirilir: “Genişləndirmə nəticəsində yolun hər istiqamətində 4 zolaq olacaq. Eyni zamanda burada uzunluğu 110 m olan yeni 3 zolaqlı yolötürücüsü də inşa olunur. Bu işlər yekunlaşdıqdan sonra, Sumqayıtdan hərəkət edən avtomobillər Xocəsən və Biləcəri istiqamətində hərəkəti davam etdirə biləcəklər. Onlar burada Şamaxinka" adlanan ərazidən şəhərə daxil ola, Bakı-Şamaxı yolu, Bakı Beynəlxalq Avtovağzalı və Atıcılıq kompleksi istiqamətində hərəkət edə biləcəklər. Eyni zamanda avtomobillərin Bakı-Sumqayıt-Xocəsəndən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı dəmir yolu üzərindən mövcud yol ötürücüsünün yanındakı 4 aşırımlı yeni yol ötürücüsündən enərək, birbaşa Biləcəri istiqamətində də hərəkət etməsi mümkün olacaq. Yaxın gələcəkdə 1-ci dairəvi avtomobil yoluna da çıxmaq olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR