İran XİN sözçüsü: “Təzyiqlərin artması nəticə verməyəcək”

İran XİN sözçüsü: “Təzyiqlərin artması nəticə verməyəcək”
# 14 may 2013 13:06 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü Seyd Abbas Əraqçı yerli və xarici jurnalistlər üçün ilk həftəlik mətbuat konfransını keçirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran xarici işlər nazirinin müavini bildirib ki, son iki ayda Qazaxıstanın Almatı şəhərində İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri keçirilib: “İran həmin müzakirələrdə qarşı tərəfə öz təklifini təqdim edib. Sabah İstanbulda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçiriləcək. Müzakirələrdə irəliləyiş balanslı addımlarla təmin oluna bilər. Biz sabahkı görüşdə də Ketrin Eştonun verəcəyi cavabın konstruktiv olmasını ümid edirik. Çünki təzyiqlərin artması nəticə verməyəcək. Bu məsələ yalnız dialoq yolu ilə həll edilə bilər”.

A.Əraqçı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amanonun Buşəhr Atom-Elektrik Stansiyasının təhlükəsizliyinə nəzarət etmək üçün mütəxəssis göndərməklə bağlı açıqlamasına cavabında İranın bu mövzuda hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb. İran XİN sözçüsü Buşəhr AES-in zəlzələyə davamlı olduğunu da diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR