Elçin Əfəndiyev: “Azərbaycanda uşaq problemlərinin həlli ilə bağlı 30-dan artıq dövlət proqramı həyata keçirilir”

Elçin Əfəndiyev: “Azərbaycanda uşaq problemlərinin həlli ilə bağlı 30-dan artıq dövlət proqramı həyata keçirilir”
# 02 iyul 2013 15:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün ölkədə uşaq problemlərinin həlli ilə bağlı 30-dan artıq dövlət proqramı həyata keçirilir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə “Uşaqlar naminə birləşək” şüarı altında keçirilən tədbirdə çıxışında deyib. Baş nazirin müavini bildirib ki, bu proqramlar vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, dövlət başçısının fərmanı ilə təsdiq edilən “Azərbaycan-2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında uşaq məsələlərinə də xüsusi yer ayrılıb: “Prezidentin başqa bir sərəncamı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası” uşaq hüquqlarının qorunması sahəsində qəbul olunmuş ən əhəmiyyətli sənədlərdən biri kimi dövlətin imkanlarının daha da səmərəli istifadəsinə münbit zəmin yaradıb. Həyata keçirilən qanunvericilik islahatları uşaq hüquqlarının təmini, onların sağlam və yüksək təhsilli vətəndaş kimi formalaşması, sosial hüquqlarının qorunması üçün ciddi əsaslar yaradıb. İndi həmin əsaslar üzərində hər bir uşağa daha artıq qayğı və sevgi ilə yanaşmaq üçün şərait var. Hamımız bu şəraitdən istifadə etməliyik. Valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün uşaqların ailə mühitində yaşaması, uşaqların yaradıcılıq mühitində böyüməsi, onların istirahəti və asudə vaxtının təşkili, sağlam inkişafı, onlarda yeni texnologiyalara, ədəbiyyata, incəsənətə, xarici dillərə, idmana marağın gücləndirilməsi kimi mühüm məsələlər yalnız aidiyyatı qurumların deyil, bütün cəmiyyətin diqqət mərkəzində olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR