ABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb
# 12 sentyabr 2013 12:02 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə səfir seçkilərin hazırkı mərhələsində görülən işlər və planlaşdırılan layihələrlə maraqlanıb.

Namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən M. Pənahov sentyabrın 16-dan seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırıb. O deyib ki, qeydə alınan namizədlərin seçki qanunvericiliyinə uyğun təşviqat aparmaları üçün bütün lazımi şərait yaradılıb. Sədr qarşıdan gələn seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün atılmış addımlardan söz açıb, qonağı maraqlandıran digər sualları cavablandırıb.

Görüşdə seçkilərlə bağlı əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR