Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Qazax, Tərtər və Füzuli cəbhəsində atəşə tutublar

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Qazax, Tərtər və Füzuli cəbhəsində atəşə tutublar
# 28 sentyabr 2013 07:02 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndinda yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR