Eldəniz Quliyev: “Müsavat və “El” Hərəkatı arasında Milli Şura ilə bağlı görüş keçirilməsinə lüzum görmürəm ”

Eldəniz Quliyev: “Müsavat və “El” Hərəkatı arasında Milli Şura ilə bağlı görüş keçirilməsinə lüzum görmürəm ”
# 16 dekabr 2013 08:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Müsavat Partiyası və “El” Hərəkatı arasında Milli Şura ilə bağlı görüşün keçirilməsinə lüzum görmürəm”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti ilə bağlı ikitərəfli məsləhətləşmələr çərçivəsində “El” Hərəkatı ilə planlaşdırılan görüşünə münasibət bildirən “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev söyləyib.

E.Quliyev deyib ki, Milli Şura çərçivəsində istənilən problemi çözmək olar: “Hələ Müsavat Partiyası görüşlə bağlı “El” Hərəkatına müraciət etməyib. Müraciət etsələr, “El” Hərəkatı görüşlə bağlı qərarını verəcək. Ancaq məxsusi olaraq Müsavat Partiyası və “El” Hərəkatı arasında Milli Şura ilə bağlı belə bir görüşün keçirilməsinin əhəmiyyəti və mahiyyəti şəxsən mənə çatmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR