Bakıda iki maşın toqquşub: sərxoş sürücü yaralı sürücünü döyüb - FOTO - VİDEO

Bakıda iki maşın toqquşub: sərxoş sürücü yaralı sürücünü döyüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 iyun 2014 03:17 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Hövsan-Zığ yolunun Qum adasına gedən hissəsində qeydə alınıb. 24 yaşlı Kamran Qasımov VAZ-2107 markalı avtomobillə Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli Museyibovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetməni itirən VAZ-2107-nin sürücüsü maşını yolun kənarında istifadəyə yararsız işıq dirəyinə çırpıb.

Nəticədə VAZ 2107-nin sürücüsü Kamran Qasımov ağır, VAZ-21099-da olan sürücü Füzuli Museyibov, onun sərnişini, 14 yaşlı Səkinə Qədimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb və VAZ-21099-un sərxoş sürücüsü Füzuli Museyibov VAZ-2107-nin sürücüsünü avtomobildən yaralı vəziyyətdə çıxararaq döyməyə başlayıb. Səs-küyə gələn qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən alıblar. Sakinlər sakitləşmək bilməyən sərxoş sürücünü döyüblər.

Hadisə yerinə gələn polis əməkdaşları da sürücünü çətinliklə sakitləşdirə biliblər.

VAZ-2107-nin sürücünün vəziyyəti ağır olduğundan, 1 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Digər yaralıların xəsarətləri isə yüngül olduğu üçün onlara ilkin tibbi yardım göstərilib.

Qəzanın səbəbinə gəlincə, hadisə yerində olan YPX-nin əməkdaşlarının sözlərinə görə, qəza VAZ-21099-un sürücüsünün avtomaşını içkili idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi üzündən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR