“Tiraspol” – “İnter” oyununu xorvatiyalı hakim idarə edəcək

“Tiraspol” – “İnter” oyununu xorvatiyalı hakim idarə edəcək
# 30 iyun 2014 11:35 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 3-də baş tutacaq görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Tiraspolda baş tutacaq oyunun baş hakimi Ante Vuçemiloviç olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR