Fələstin İslami Cihad Hərəkatının baş katibi İranda səfərdədir

Fələstin İslami Cihad Hərəkatının baş katibi İranda səfərdədir
# 05 fevral 2014 12:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fələstin İslami Cihad Hərəkatının baş katibi İranda səfərdədir.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ramazan Abdullah Şəlləhin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində İranın ali dini lideri ayətullah Əli Xamneyi, prezident Həsən Ruhani və digər rəsmilərlə görüşəcək.

Artıq Fələstin nümayəndə heyəti İran parlamentinin sədri Əli Laricani tərəfindən qəbul edilib. Görüşdə Fələstin məsələsi başda olmaqla regionda baş verən hadisələr əsas müzakirə mövzusu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR