Qubada avtomobil 25 yaşlı piyadanı vuraraq öldürüb - VİDEO

Qubada avtomobil 25 yaşlı piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 10:07 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Qusar yolunun Xucbala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Məmmədov Ceyhun Cəfər oğlunun idarə etdiyi 40 BX 760 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük maşını piyada, 1989-cu il təvəllüdlü Mirzəyeva Əfsanə Eldar qızını vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR