Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 15% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 15% azalıb
# 13 sentyabr 2013 12:19 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 2 431,8 mln. dolları və ya 84,8%-i Azərbaycandan həyata keçirilən ödənişlər, 434,4 mln. dolları və ya 15,2%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmalar təşkil edib.

Beləliklə, 2013-cü ilin ilk yarısında gəlirlər üzrə tədiyyə balansında 1 997,4 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 15,1% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan ödənişlər ölkəyə daxil olan ödənişləri 5,6 dəfə üstələyir.

Azərbaycandan həyata keçirilən ödənişlərin əsas hissəsini (1,9 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (107,9 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (197,8 mln. dollar) təşkil edir.

Gəlirlər üzrə mənfi saldonun strukturunda 2 012,0 mln. dolları neft-qaz sektorunun payına düşüb, digər sahələr üzrə isə 14,6 mln. manat həcmində müsbət saldo müşahidə olunub. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 59,5 dəfə üstələyir (ödənişlər - 2 046,3 mln. dollar, daxilolmalar - 34,4 mln. dollar). Digər sahələr üzrə daxilolmalar ödənişləri 3,8% üstələyir (ödənişlər - 385,5 mln. dollar, daxilolmalar - 400,1 mln. dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR