Oqtay Şirəliyev: “Xəstələr dializ almaq üçün artıq həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar”

Oqtay Şirəliyev: “Xəstələr dializ almaq üçün artıq həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar”
# 29 dekabr 2013 09:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib ki, əvvəllər ölkədə barmaqla sayılacaq qədər təmir və təchiz olunmuş tibb müəssisəsinin azlığını desə də, hazırda ölkənin inkişafına uyğun tam standartlara cavab verən tibb müəssisələrinin sayının artması sevindirici haldır. Nazir 2013-cü ildə təmirinə başlanan Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Tibbi Bərpa İnstitutunda, Pediatriya İnstitutlarında çox böyük işlərin aparıldığını deyib. O qeyd edib ki, əvvəllər xarici ölkələrdə səfərlərdə olarkən orada olan klinikalara, tibbi avadanlıqlara həsrətlə baxırdıqsa bu gün ölkə klinikalarındakı şərait inkişaf etmiş ölkələri də geridə qoyur: “Ürək-damar cərrahiyyəsi əvvəlki illərlə müqayisədə çox yüksək səviyyədədir. Əvvəllər bu sahə daim Milli Məclisdə müzakirə olunurdu, çoxlu iradlar bildirilirdi. Bu gün xüsusi diqqət və qayğı sahəsində kardiocərrahiyə sahəsi inkişaf edib, və təkmilləşmiş mütəxəssislərimizin sayı xeyli artıb”.

Urologiya sahəsinə də toxunan O.Şirəliyev hazırda ölkəmizdə 30 dializ mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, bu hal əhali tərəfindən yüksək qarşılanıb: “Belə ki, 2013-cü il ərzində ölkə başcığının xüsusi tapşırığına əsasən nazirlər və komitə rəhbərləri bölgələrdə olub vətəndaşların şikayət və iradlarını dinləyirdi. Həmin qəbullar zamanı dializlə əlaqəli elə bir ciddi şikayətlər olmayıb. Xəstələr dializ almaq üçün artıq həftədə üç dəfə Bakıya gəlmək məcburiyyətində qalmırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR