Rusiyada dirijor Əyyub Quliyevin rəhbərliyi ilə iki opera tamaşaya qoyulub

Rusiyada dirijor Əyyub Quliyevin rəhbərliyi ilə iki opera tamaşaya qoyulub
# 13 yanvar 2014 08:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Yanvarın 7-dən 10-dək Vasili Safonov adına Şimali Qafqaz Akademik Dövlət Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin “Traviata” və Qaetano Donisettinin “Il Campanello” operalarının premyerası keçirilib.

APA-nın məlumatına görə, tamaşaların musiqi rəhbəri və dirijoru Əyyub Quliyevdir. Ə.Quliyev bildirib ki, tamaşaların quruluşçu rejissoru Andrey Noqin, xorun rəhbəri Alina Muxamedjanovadır. Əsas vokal partiyaları Sergey Maydanov, Yelena Filimonova, Natalya Qovorskaya və başqaları ifa edib.

Qeyd edək ki, “Traviata” və “Campanello” operaları ilk dəfə Rusiyanın cənub regionunda tamaşaya qoyulub və musiqisevərlər arasında böyük marağa səbəb olub. Əyyub Quliyevin Safonov Akademik Filarmoniyası ilə növbəti opera layihəsi sentyabr və dekabr aylarına planlaşdırılıb. Sergey Raxmaninovun “Aleko” və Pyotr Çaykovskinin “Yevgeni Onegin” operaları yeni quruluşda dinləyicilərə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR