Avropa Azərbaycan Məktəbi 2014/2015-cü tədris ili üzrə I-XI siniflərə şagird qəbulu elan edir!

Avropa Azərbaycan Məktəbi 2014/2015-cü tədris ili üzrə I-XI siniflərə şagird qəbulu elan edir!
# 14 mart 2014 06:59 (UTC +04:00)

Hörmətli valideynlər, əziz məktəblilər!

Avropa Azərbaycan Məktəbi 2014/2015-cü tədris ili üzrə I-XI siniflərə şagird qəbulu elan edir!

Qəbul yazılı və şifahi formada müsabiqə yolu ilə aparılır.

Məktəbin üstünlükləri

  • Dərslər beynəlxalq kurikulum əsasında fəal təlim üsulları ilə keçirilir.
  • Dərsliklər və dərs vəsaitləri pulsuzdur.
  • Tədris və təlim sahəsində təcrübəyə malik olan xarici mütəxəssislər pedaqoji fəaliyyətə cəlb olunur.
  • İntensiv proqram əsasında ingilis dili öyrədilir.
  • Şagirdlərin arzu etdikləri ölkə və ya dünyanın ən nüfuzlu universitetləri üzrə tam hazırlıq aparılır.
  • Məktəbi bitirən şagirdlərə milli attestatla eyni zamanda, beynəlxalq miqyasda tanınan təhsil haqqında şəhadətnamələr də verilir.
  • Dərs və dərsdən kənar məşğələlərdə ən son texnologiyalar tətbiq edilir.
  • Mütəxəssislərin rəhbərliyi ilə şahmat, üzgüçülük, rəqs və əl sənətləri məşğələləri keçirilir.
  • Şagirdlər xüsusi məktəbli forması ilə təmin olunur.
  • Gündə iki dəfə yüksək keyfiyyətli isti yemək verilir.
  • Şagirdlərin məktəbə rahat və təhlükəsiz gəlib-getməsi üçün güzəştli qiymətlərlə “School bus” (Məktəb avtobusu) xidməti göstərilir.
  • Respublikanın regionlarına müntəzəm olaraq səyahət və ekskursiyalar təşkil edilir.
  • Tətillər zamanı güzəştli qiymətlərlə şagirdlərin xarici ölkələrə səfərləri həyata keçirilir.

Təhsil ödənişlidir

Bununla eyni zamanda, şagirdlər üçün ödənişsiz və güzəştli təhsil imkanları təmin edilir.

1. Ödənişsiz təhsil imkanı:

VI-X siniflərə qəbul imtahanları zamanı əla qiymətlər alan şagirdlər təhsil haqqından azad edilir.

2. Güzəştli təhsil imkanı:

Hər sinif üzrə təhsildə ən yüksək nəticələr göstərən şagirdlər növbəti ildə təhsil haqqından tam azad edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

  • Ərizə (valideynlərdən biri tərəfindən doldurulur).
  • Şagirdin təhsil aldığı məktəbdən 2014/2015-cü tədris ilinin birinci yarım ili üzrə qiymət cədvəli.
  • Doğum haqqında şəhadətnamənin əsli.
  • 3х4 ölçüdə 2 ədəd rəngli fotoşəkil.

Sənədlər

2014-cü il 3 mart - 10 aprel tarixində hər gün (bazar günündən başqa) saat 09:00-dan-18:00-dək qəbul edilir. Müsabiqə 12-20 aprel tarixində keçiriləcəkdir.

Valideyn və şagirdlər üçün məktəblə tanışlıq turları:

Öncədən əlaqə saxlayıb, qeydiyyatdan keçməklə məktəblə tanışlıq turlarında iştirak etmək mümkündür. Tanışlıq turları həftənin I,II və III günlərində, saat 16:30-dan 17:15-dək keçirilir.

Məktəbin ünvanı: Həsən Məcidov küçəsi, 7 C, AZ 1065, Bakı, Azərbaycan

(“Elmlər Akademiyası” m/s yaxınlığında) email: [email protected]

Əlaqə telefonları: 012 539 89 36/37/38

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR