Kürdəmirdə mənzildə tapança, tüfəng və narkotik aşkar edilib

Kürdəmirdə mənzildə tapança, tüfəng və narkotik aşkar edilib
# 08 may 2014 07:20 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata Kürdəmir şəhər sakini, 1973-cü il təvəllüdlü Zərbəliyev Elşən Rəcəb oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun evinə baxış keçirilərkən evdən “Valter” markalı tapança, qoşalülə ov tüfəngi və çəkisi olan 60 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əvvəllər məhkum olunmuş E. Zərbəliyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR