® Süfrənizin yeni dadı: “Mərcan” və “Yarsu”

<font color=red>® </font>Süfrənizin yeni dadı: “Mərcan” və “Yarsu”
# 23 may 2014 11:45 (UTC +04:00)

Dünyanın 35 ölkəsindən 173 şirkətin iştirak etdiyi sərgidə “Garant Holding” MMC "Ucar Aqro" MMC-nin və “Yardımlı Su və Şirə zavodu”nun məhsulları ilə təmsil olunub.

“Ucar Aqro” və “Yardımlı Su və Şirə zavodu”nun təqdim etdiyi 1 314 nömrəli stenddə “Mərcan” adı altında toyuq və toyuq əti məhsulları, eləcə də müxtəlif növ limonadlar, meyvə və giləmeyvə şirələri sərgilənib.

“Mərcan” brendi toyuq əti və toyuq əti məhsulları bazarına 2014-cü ilin martında daxil olub. “Mərcan” toyuq əti və toyuq əti məhsullarının istehsalı Azərbaycanın Ucar rayonunda həyata keçirilir. “Ucar Aqro” quş əti emalı müəssisəsində halal şəkildə kəsilərək donmuş, soyudulmuş və ədviyyatlı toyuq əti məhsulları istehsal edilir.

Müəssisənin 6 000 baş/saatda yüksək keyfiyyətli, halal, yeni növ qablaşdırma, yüksək gigiyena şəraitində (hava ilə soyutma) istehsal etdiyi toyuq əti və toyuq əti məhsullarının yüksək keyfiyyəti beynəlxalq İSO 22000 sertifikatı ilə təsdiqlənib.

“Mərcan” brendinə qədər ölkəmizdə toyuq ətinin soyudulması köhnə üsulla həyata keçirilir. “Mərcan” toyuqları hava ilə soyudularaq hər bir toyuq ayrı ayrılıqda, bir birinə toxunmadan, beləliklə yüksək gigiyenik şəkildə soyudulur və toyuğun tərkibində olan faydalı təbii şirələr qorunur. Toyuq ətinin istehsal prosesində istifadə olunan xüsusi növ qablaşdırma zərərli bakteriyaların sayını və inkişafını minimum səviyyəyə salaraq, ətin TƏZƏ-liyini, toyuq ətində olan vitaminləri və mineralları bütün saxlama müddətində tam qoruyur. “Yardımlı Su və Şirə zavodu” 2013-cü ildə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasına uyğun olaraq yaradılıb.

Zavodun unikallığı istehsal prosesində təbii və təmiz (şəffaf) dağ bulaqlarının suyundan istifadə edilməsindədir. İstehsal olunan suların keyfiyyəti bir neçə laboratoriyada yoxlanılmış, suyun mikrobioloji cəhətdən tam təmiz, fiziki və kimyəvi göstəricilərinə görə isə çox yumşaq, insan orqanizmi üçün müalicəvi xüsusiyyətə malik olması təsdiqlənib.

Zavodda məhsulların qablaşdırılması və süzülməsi avtomatlaşdırılmış şəkildə insan əli dəymədən aparılır. İstehsal prosesində yerli xammal və materiallardan istifadə edilir. Təbii bulaq suyu (qazlı və qazsız).

Daha ətraflı məlumatı bizim saytdan https:// www.garant.az, eləcə də Facebook səhifəsindən əldə edə bilərsiniz - https://www.facebook.com/GarantHolding.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR