Mayın 31-də saat 19 radələrində Ağsu rayonunda 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin Şirvan bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.
Araşdırma aparılır.
***
19:44
Ağsuda güllələnmə hadisə baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb. Hadisənin qonşular arasında münaqişə nəticəsində baş verdiyi bildirilir.
İkin məlumata əsasən, qonşu qonşusuna ov tüfəngindən atəş açaraq, onu qol nahiyəsindən ağır yaralayıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.