Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsiri açıqlanıb

Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsiri açıqlanıb
# 29 may 2014 09:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) son günlər Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsirini açıqlayıb.

APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə Türkiyədə müşahidə olunan zəlzələnin səbəbləri ilə bağlı bildirib ki, şimal-şərq və şimal-qərb istiqamətdə Afrika qitəsi bir qədər hərəkətə gələrək, İran mikro-plitəsinə təsir göstərir: “Bu da nəticədə Xəzər və Anadolu tərəfə təsir göstərir. Onların nəticəsidir ki, bu gün Türkiyədə zəlzələlər bir qədər sürətlənib. Azərbaycanda isə hələlik sakitlikdir”.

A.Əlizadə qeyd edib ki, ölkədə geofiziki tədqiqatlar bu gün geodezik tədqiqatların təmasda aparılması nəticəsində imkanlar bir qədər də genişlənir. Onun sözlərinə görə, geodeziya GPRS-lərin, stansiyaların Bakıda geniş miqyasda qurulması, Türkiyədə, Rusiyada olması, qonşu ölkələrdə yayılması qarşılıqlı tədqiqat aparmağa, yenilikləri tədqiq etməyə imkan verir. Bunlar isə öz növbəsində yer səthinin horizontal hərəkətlərinin öyrənilməsinə gətirib çıxarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR