Qaradağda iki maşın toqquşub, bir nəfər ölüb

Qaradağda iki maşın toqquşub, bir nəfər ölüb
# 16 iyun 2014 16:41 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə “Sampo-Rosenlew” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "QAZel" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat etdiyi müəyyən olunub. Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR