Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilir - FOTO

Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 27 iyun 2013 09:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfransda 300-dək alim, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistandan 25 nümayəndə iştirak edir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Vasim Məmmədəliyevin həyatı və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, görkəmli akademikin fəaliyyəti Azərbaycan şərqşünaslıq elminin inkişafında mühüm yer tutur. Onun sözlərinə görə, V.Məmmədəliyevin fəaliyyəti dövründə gördüyü işlər sayəsində Azərbaycan şərqşünaslıq elmində mühüm izlər qoyub.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Kamal Abdulla, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkili Ziyad Səmədzadə yubilyar haqqında xatirələrini bölüşüblər.

Vasim Məmmədəliyev də çıxışı zamanı konfransı təşkil edən və onun fəaliyyətini yüksək qiymətləndirən hər kəsə öz təşəkkürlərini bildirib.

Qeyd edək ki, iki gün davam edəcək konfransın bölmələr üzrə iclasları Şərqşünaslıq İnstitutunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR