® “Hyundai”la Dünya çempionatına Azərbaycandan kim gedəcək? - FOTO

<font color=red>® </font>“Hyundai”la Dünya çempionatına Azərbaycandan kim gedəcək? - <span style="color: red;">FOTO
# 04 iyun 2014 11:00 (UTC +04:00)

Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına gedəcək şəxslər məlum oldu. Aprelin 17-dən mayın 31-dək “Hyundai”ın rəsmi distributoru “Auto Azərbaycan” şirkətindən istənilən modeli alanlar, onlara verilən kuponlarla dünya çempionatına bilet oynadılar. Lotereya iştirakçısı olan “Hyundai” sahiblərinin iştirakı ilə keçirilən lotereya uduşunda 7 nəfər futbol üzrə dünya çempionatının qrup oyunlarını, 2 nəfər isə final oyunlarını Braziliyada, “Marakana” stadionunda canlı izləmək şansını qazanıb.

“Düzü, inanmırdım. Çünki indiyədək heç vaxt udmamışam, heç yerdən pul da tapmamışam. Çox sevinirəm”, – deyən aprelin 28-də Hyundai i30 modeli alan Qurban Ağayev deyib. O, final oyununa bilet udub.

Final oyununa bilet qazanan digər “Hyundai” sahibi Əliəşrəf Əliyev olub. Anar Qədimov, Qalib Hacıyev, Abbas Hüseynov, Turanə Mustafayeva, Lətif Əsgərov, Mətanət Laişeva və Günay Hüseynova mərhələ oyunlarına bilet qazanıb. “Hyundai”ın marketinq meneceri Rauf Cahangirov qalibləri oyun biletləri ilə yanaşı, viza, təyyarə, otel və digər səfər xərcləri ilə də təmin ediləcəyini bildirib.

Yeni “Hyundai” sahiblərinə şans hədiyyəsi oyun biletləri ilə məhdudlaşmayıb. Lotereyada servis xidmətindən yararlanmaq üçün kuponlar da oynanılıb.

Qeyd edək ki, “Hyundai” Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının əsas tərəfdaşıdır. Azərbaycanda keçirilən lotereya bütün dünya üzrə keçirilən “Hardada olursansa ol, Hyundai səni dünya çempionatına aparacaq!” şüarlı kampaniyanın tərkibi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR