Heydər Əliyev prospektində yeni yeraltı piyada keçidinin inşası başa çatıb

Heydər Əliyev prospektində yeni yeraltı piyada keçidinin inşası başa çatıb
# 05 mart 2014 11:26 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, piyada keçidinin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir: «Keçidin dörd girişi və çıxışı var. Həmin ərazi çox təhlükəli olduğundan, işlər tam yekunlaşmasa da, artıq vətəndaşlar keçiddən istifadə edirlər. Həmçinin, piyada keçidində eskalatorlar, çəkiliş kameraları quraşdırılıb».

Şirkət rəsmisi həmin ərazidə yeraltı tunelin tikintisinin də yekunlaşmaqda olduğunu deyib. Belə ki, tunelin uzunluğu 906 metr, eni isə 16 metr olacaq. Tunel dörd zolaqdan və avtomobillərin hərəkəti iki istiqamətli olacaq. P.Mürsəliyevin sözlərinə görə, tikinti işləri yan yollar və asfaltın vurulmasından sonra yekunlaşacaq.

Ümumilikdə, bu işlərin 2014-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

«Azəryolservis» ASC-nin sözçüsü qeyd edib ki, əvvəllər Müzəffər Nərimanov küçəsindən gələn avtomobillər ancaq Heydər Əliyev prospektindən sağa dönməklə, şəhər mərkəzi istiqamətində hərəkət edə bilir. Tunel istifadəyə verildikdən sonra isə avtomobillər tuneldən keçəcərək yolunu əks istiqamətdə də davam etdirə biləcək: «Bununla da, 5-ci Köndələn küçəsi, oradan da dönmə əməliyyatı etməklə hava limanına getmək mümkün olacaq və avtomobillərin hərəkət asanlaşacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR