Vaşinqtonda baş vermiş atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB - FOTO

Vaşinqtonda baş vermiş atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 01:14 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonda hərbi tərsanədə atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ paytaxtının meri Vinsent Qrey deyib.

Onun sözlərinə görə, ölən 13 nəfərin arasında atəş açanlardan biri olub.

Hazırda polis atışmada iştirak edən daha bir nəfərin axtarışlarını davam etdirir.


*** 00.04

Bakı-APA. Vaşinqtonda hərbi tərsanədə baş vermiş atışma nəticəsində ölənlərin sayı 12-yə çatıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ABŞ paytaxtının meri Vinsent Qrey deyib.

*** 16.09.2013 20.44

Bakı-APA. ABŞ-ın ən qədim hərbi tərsanəsində naməlum şəxsin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 10-dan çox adam yaralanıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Vaşinqton şəhərində baş verib.

Naməlum şəxsin tərsanə ərazisində yerləşən ofisə gələrək qəflətən atəş açdığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları və hərbçilər gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR