Qırğızıstanda zəlzələ baş verib

Qırğızıstanda zəlzələ baş verib
# 28 noyabr 2013 07:25 (UTC +04:00)

Bakı - APA. Bu gün saat 7:19 radələrində Qırğızıstanın Oş vilayətində 5 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstan Milli Seysmologiya İnstitutu zəlzələ ocağının Bor-Dyub qəsəbəsindən 30 km şimal-şərqdə, Nur kəndindən 25 km məsafədə olduğunu açıqlayıb.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi ilkin məlumatlara əsasən dağıntı və tələfatın olmadığını, ancaq hazırda bölgəyə gedən mütəxəssislər tərəfindən araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, 5 il əvvəl bu ərazidə 8 bal gücündə zəlzələ baş verib. Nəticədə Nur kəndində evlərin yarısı dağılıb, 75 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR