“Albalı” kartla yanacaqdoldurma məntəqələrində ödəniş etmək mümkün olub

“Albalı” kartla yanacaqdoldurma məntəqələrində ödəniş etmək mümkün olub
# 24 sentyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Uniabnk” ASC-nin “Albalı” kart sahibi olan hər kəs yanacaqdoldurma məntəqələrində avtomobili üçün yanacaq alıb pulunu növbəti ay (ayın 1-dən 10-dək) ödəyə bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilk olaraq “Albalı” karta “ABU-Petrol”un 5 məntəqəsi qoşulub.

Bunlar K.Rəhimov küçəsi-33a (“Gənclik” metrosuna yaxın), Hövsan qəsəbəsi, Novxanı qəsəbəsi, Saray ŞTQ (Bakı-Quba yolunun 22-ci km-liyi) və Sabunçu ŞTQ (Şəhər şosesi) ünvanlarında yerləşən məntəqələrdir. Yaxın vaxtlarda “ABU-Petrol”un digər YDM-lərində də “Albalı” kartın istifadəsi mümkün olacaq.

Qeyd edək ki, bu kartın sahibləri ölkənin 850-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində “Albalı” kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. Kartı bankın istənilən filialından pulsuz almaq mümkündür. İki il müddətli kartın maksimal limiti 3 000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR