Xaçmazda yüklə dolu “KamAz” aşıb

Xaçmazda yüklə dolu “KamAz” aşıb
# 13 may 2013 06:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Gəndob-Yalama yolunun 12-ci kilometrliyində, magistralın Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, mayın 12-si, axşam saatlarında 27 yaşlı Tovuz rayon sakini Tural Muradov idarə etdiyi 90 EF 482 dövlət nömrə nişanlı “KamAz” markalı yük avtomobilin idarəetməsini itirərək aşırıb. Qəza zamanı sürücü xəsarət almayıb. Lakin avtomobildə olan 10 tona yaxın yükə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR