Suriyada baş verən partlayış nəticəsində altı nəfər ölüb, qırx nəfər yaralanıb

Suriyada baş verən partlayış nəticəsində altı nəfər ölüb, qırx nəfər yaralanıb
# 04 noyabr 2013 12:18 (UTC +04:00)

Bakı – APA. Bu gün Suriyanın Homs əyalətində baş verən partlayış nəticəsində altı nəfər ölüb, qırx nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, həlak olanlardan üçü uşaqdır.

Ət-Tabitiyyə yaşayış məntəqəsində minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində yaxınlıqdakı binalar ciddi zərər görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR