Nazirlik rəsmisi: “Məktəbəqədər hazırlıq mərhələsini məktəblərdə də təşkil etmək olar”

Nazirlik rəsmisi: “Məktəbəqədər hazırlıq mərhələsini məktəblərdə də təşkil etmək olar”
# 24 dekabr 2013 10:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Təhsildə ən vacib məsələlərdən biri məzmunun dəqiq və düzgün müəyyənləşdirilməsidir”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil işçiləri üçün keçirilən dəyirmi masada çıxışı zamanı deyib. Şöbə müdiri qeyd edib ki, təhsildə nəyi öyrətdikdən sonra necə öyrədilməsi məsələsinin hansı yollarla həyata keçirilməsi sualı meydana çıxır. Bunun da vacib məsələlərdən olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, strategiyada təhsil proqramlarının (kurukilum) təkmilləşdirilməsi, yeniləşməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycanın ümumtəhsil sistemində məzmun islahatları 1999-cu ildən başlayıb, 2004-cü ildə bu özünün yüksək səviyyəyə çatıb, 2008-2009-cu ildən bu məzmun proqramlar şəklində məktəblərdə tədris olunur.

A.Əhmədov qeyd edib ki, Dövlət Strategiyasında məktəbəqədər hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda məktəbəqədər hazırlıq zəruri hesab olunurdusa, strategiya sənədində bu məsələ məcburidir: "Məktəbəqədər hazırlığın təşkili uşaq bağçalarında həyata keçirilir. Uşaq bağçalarında müəyyən problemli cəhətlər göstərilir. Düşünürük ki, məktəbəqədər hazırlıq mərhələsini məktəblərdə də təşkil etmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR