“AtaBank” aktivlərini artırıb

“AtaBank” aktivlərini artırıb
# 29 aprel 2014 12:33 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “AtaBank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 407.599 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36.9% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35.6% artaraq 270.03 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 107.487 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 49.2% çoxdur.

Bankdan “APA-Economics”ə verilən hesabatlarda vaxtı keçmiş kreditlərin həcmi barədə məlumat verilmir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 39.5% artaraq 351.984 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 179.283 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 17.1% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 31.2% artaraq 46.328 mln. manata çatdığı halda, nizamnamə kapitalı 34% artaraq 37 mln. 500.7 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 42.2% artaraq 13.068 mln. manat, xərcləri isə 35.7% artaraq 11.067 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 1.2 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 25 filialı, 78 bankomatı, 11948 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR