Səməd Seyidov: “ABŞ tərəfindən Dağlıq Qarabağ probleminin gündəmə gətirilməsi vacib məsələdir”

Səməd Seyidov: “ABŞ tərəfindən Dağlıq Qarabağ probleminin gündəmə gətirilməsi vacib məsələdir”
# 09 may 2014 08:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı prinsiplərə münasibət bildirən S. Seyidov qeyd edib ki, C. Uorlikin prinsiplərində hansısa yeni məqam yoxdur, ancaq hər bir halda Dağlıq Qarabağ məsələsinin gündəmə gətirilməsi, ABŞ tərəfindən bir daha səslənməsi özü-özlüyündə vacib məsələdir: “Dağlıq Qarabağla bağlı bəyanatlar, o cümlədən Uorlikin bəyanatı Azərbaycan prezidentinin apardığı düzgün siyasətin nəticəsidir ki, Qarabağ məsələsi gündəmdən çıxmır, hətta gündəmə gətirilir və onun həll olunmasının vacibliyi qeyd olunur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR