Yaqub Zurufçu Avstraliyada konsert verib - FOTO

Yaqub Zurufçu Avstraliyada konsert verib - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 09:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu Avstraliyada konsert proqramı ilə çıxış edib. Y. Zurufçunun APA-ya verdiyi məlumata görə, konsertdə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Brisben, Sidney və Melburn şəhərlərində keçirilən konsertdə müğənni özünün müəllifi olduğu mahnılarla yanaşı, Üzeyir Hacıbəyovun, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun əsərlərini və xalq mahnılarını da ifa edib: “Uzaq qürbətdə o taylı-bu taylı azərbaycanlılar bir yerə toplaşmışdı. Həmişə olduğu kimi bu konsertdə də “Azərbaycan” mahnısı ilə açılış etdim. Həmyerlilərimiz Cahangir Cahangirovun “Ana” mahnısı ifa olunan zaman göz yaşlarını saxlaya bilmədilər. Mənim özümü də kövrəltdilər. Səfir səhnədə çıxış etdi, həmvətənlərimizin bir yerə toplaşmasını yüksək qiymətləndirdi, konsertin əhəmiyyətindən danışdı. Mən bu səfərdən böyük zövq aldım, vətəndən uzaq düşən həmvətənlərimizi görməkdən məmnun oldum”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR