“Sovetski”də söküləcək ticarət-iaşə obyektləri üçün ödəniləcək vəsait və köçürmə xərci hələlik müəyyənləşməyib

“Sovetski”də söküləcək ticarət-iaşə obyektləri üçün ödəniləcək vəsait və köçürmə xərci hələlik müəyyənləşməyib
# 09 aprel 2014 13:55 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Bakının “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov söyləyib.

S. İslamov 1 kv.m üçün 1500 manat vəsaitin mənzillər üçün müəyyənləşdirilərək Nazirlər Kabinetində təsdiqləndiyini bildirib: “Bizim üçün hazırda əsas məsələ mənzillərdir. Nazirlər Kabineti ticarət-iaşə obyektlərində 1 kv.m üçün ödəniləcək vəsaiti hələlik müəyyənləşdirərək təsdiqləməyib”.

S. İslamov baş nazirin müavini Abid Şərifovun köçürmə xərci olaraq vəd etdiyi 400 manatın köçürmə ilə razılaşan sakinlərə verilməməsinə də aydınlıq gətirilib: “İki aylıq icarə ilə bağlı ilə ev sahiblərinə ayı 500 manatdan olmaqla, 1000 manat verilir. Ancaq köçürmə xərci hələ Nazirlər Kabinetində təsdiqlənməyib. Nazirlər Kabineti bununla bağlı qərar verdikdən sonra həmin vəsait əvvəl köçənlərə də veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR