Azərbaycan əhalisi ərzaqla bağlı xərclərini 2% artırıb

Azərbaycan əhalisi ərzaqla bağlı xərclərini 2% artırıb
# 30 dekabr 2013 13:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 86,7 manatlıq ərzaq, 80,9 manatlıq qeyri-ərzaq malları alıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alışına 20% daha çox vəsait xərcləndiyi halda, ərzaq malları üzrə illik artım 2,2% olub.

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 51,7%-i qida məhsulları və içki, 1,7%-i tütün məmulatları, 20,8%-i toxuculuq malları, geyim və ayaqqabı, 4,5%-i elektrik malları və mebel, 1,3%-i kompyuter avadanlıqları, kitab və digər çap məmulatları, 1,2%-i əczaçılıq və tibbi mallar, 6,6%-i avtomobil yanacağı, 12,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR