Bakıda taxta bazarında baş verən güclü yanğın söndürülüb - YENİLƏNİB 1 - FOTOSESSİYA - VİDEO

Bakıda taxta bazarında baş verən güclü yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 06 aprel 2014 13:07 (UTC +04:00)

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində bazarın taxta konsktruksiyalar olan ərazisində 1000 kv.m yanıb.

Yanğın saat 14.49-da yanğın söndürənlər tərəfindən söndürülüb.

***

14:46

Bakı. Könül Kamilqızı - APA. Aprelin 6-da səhər saatlarında Bakının Binəqədi rayonu, Dərnəgül ərazisində Poladəritmə Zavodunun arxasındakı taxta bazasında baş verən yanğında 8 nəfər zərər çəkib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, hadisə ilə bağlı səhər sat 08:30 radələrində müraciət daxil olub və əraziyə 2 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində 8 nəfər zərər çəkib, onlara tibbi yardım göstərilib. Zərərçəkənlərdən 4-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlar natamam yanma məhsullarından və tüstüdən zəhərləniblər.

Yanğın davam edir, 2 təcili yardım briqadası hadisə yerində xidmət göstərir.



***

saat 10:47


Bakı - APA. Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in qüvvə və vasitələri cəlb olunub.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR