Cenevrədə İran-Rusiya görüşü keçirilib

Cenevrədə İran-Rusiya görüşü keçirilib
# 16 oktyabr 2013 11:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Oktyabrın 15-də İran və Rusiya nümayəndə heyətləri arasında təkbətək görüş keçirilib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Seyid Abbas Əraqçı və Sergey Ryabkov İranın nüvə proqramı ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bundan əvvəl A.Əraqçı ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb. Oktyabrın 16-da İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin ikinci mərhələsi başlamazdan əvvəl Fransa və Böyük Britaniya nümayəndə heyətləri ilə təkbətək görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR