Bank Of Baku

Əmtəə bazarlarında neftin qiyməti 92 dolları ötüb

Əmtəə bazarlarında neftin qiyməti 92 dolları ötüb
# 21 noyabr 2026 09:35 (UTC +04:00)

Dünya əmtəə bazarlarında neft bahalaşıb.

“APA-Economics” xəbər verir ki, noyabrın 20-də ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 0,59 ABŞ dolları və ya 0,64% artaraq bir barel üçün 92,57 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti isə 0,97 ABŞ dolları və ya 1,18% yüksələrək bir barel üçün 83,41 ABŞ dollarına çatıb.

Analitiklərin qiymətləndirmələrinə görə, neftin bahalaşmasına Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumları və Hörmüz boğazında neft tankerləri ilə bağlı insidentlər fonunda tədarükün pozulması riskinin artması təsir göstərib. Bundan əlavə, OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərini davam etdirəcəyi ilə bağlı gözləntilər də qiymətləri dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR