ABŞ Dövlət Departamentinin hesabatında Ermənistandakı kobud insan haqları pozuntuları əksini tapıb

ABŞ Dövlət Departamentinin hesabatında Ermənistandakı kobud insan haqları pozuntuları əksini tapıb
# 20 aprel 2013 10:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyətinə dair ənənəvi illik hesabatında bildirilir.

Hesabatda deyilir ki, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim koalisiya siyasi sistemdə dominantlıq etməyə davam edir. Müşahidəçilərin əyinə əsasən 2012-ci il mayın 6-da keçirilmiş parlament seçkiləri ATƏT qarşısında götürülmüş öhdəliklərə zidd şəkildə pozuntularla müşayiət olunub, namizədlər üçün bərabər şərait yaradılmayıb, səsvermə zamanı seçicilərin pulla alınması haqda xəbərlər yayılıb: “Orta və aşağı səviyyədəki korrupsionerləri cəzalandırmaq üçün addımlar atılsa da, hakimiyyətin bütün səviyyələrində mövcud olan dayanıqlı korrupsiya qanunun aliliyini zədələyir. Məhkəmələr icra hakimiyyəti tərəfindən siyasi təzyiqə məruz qalmağa davam edir ki, bu da bir sıra siyasi motivli təqib və hökmlərə səbəb olub”.

Sənəddə Ermənistan ordusunda insan haqları pozuntularına yol verilməsindən, qeyri-döyüş şəraitində şübhəli ölümlərdən, “dedovşina” halları və zabitlərin çağırışçılara qarşı digər qəddar davranış metodlarından da bəhs olunaraq belə halların cəzasız qaldığı vurğulanır.

Hesabatda qeyd edilir ki, Ermənistan polisi saxlanılan şəxslərdən etiraf almaq üçün işgəncələrdən istifadə edir, vətəndaşların saxlanma və dindirmə zamanı döyülməsi halları baş verir: “Bir çox həbsxanalar doludur və antisanitariya hökm sürür. Məhkumlar üçün tibbi xidmət çatışmazlığı var. Hakimiyyət əsaslı şübhələr olmadan həbslər həyata keçirir. Ədalətli mühakimə hüququnu nəzərdə tutan, dövlətin özəl həyata müdaxiləsini və qanunsuz axtarışları qadağan edən qanunlara əməl olunmur”.

Ermənistan kütləvi informasiya vasitələrində siyasi plüralizmin olmaması, dini azlıqların ayrı-seçkiliyə məruz qalması, insan alveri və məişət zorakılığı kimi hallar da sənəddə əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR