FİFA İrana xəbərdarlıq edib

FİFA İrana xəbərdarlıq edib
# 22 aprel 2013 08:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. FİFA ölüm hökmlərinin stadionlarda icrasına etiraz olaraq İrana xəbərdarlıq edib. APA-nın məlumatına görə, bunu İran Futbol Federasiyasının prezidenti Əli Kəffaşiyan bildirib.

Onun sözlərinə görə, bununla bağlı federasiyaya məktub göndərilib: “FİFA Səbzevar şəhərinin stadionlarından birində edam hökmü icra edildiyinə görə İran Futbol Federasiyasından izahat istəyib. Ancaq bu ölüm hökmü iki ay əvvəl yerinə yetirilib”.

Ə.Kəffaşiyan deyib ki, FİFA İrandan stadionlarda məhbusların dara çəkilməməsini tələb edib: “Biz də stadionlarımızda ölüm hökmünün icra edilməməsi üçün məktubu müvafiq orqanlara göndərdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR