Fərhad Məmmədov: “Neft amili son 160 ildə Azərbaycanın taleyində həlledici rol oynamaqdadır” - FOTO

Fərhad Məmmədov: “Neft amili son 160 ildə Azərbaycanın taleyində həlledici rol oynamaqdadır” - <span style="color: red;">FOTO
# 01 may 2013 07:41 (UTC +04:00)

SAM-dan APA-ya verilən məlumata görə, konfransda SAM-ın direktoru Fərhad Məmmədov “Region və Cənub Dəhlizinə Strateji Baxış”, millət vəkili Asim Mollazadə “Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər”, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva “TANAP/Şah Dəniz/Nabukko Qərb/TAP-da xüsusi yenilənmə” mövzularında çıxış ediblər.

Fərhad Məmmədov bildirib ki, energetika problemləri bütün dünyada olduğu kimi, Azərbaycanda da aktuallığını saxlamaqdadır: “İş elə gətirib ki, bu gün «Azərbaycan» dedikdə neft, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yada düşür. Energetika, xüsusilə neft amili son 160 ildə Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həlledici rol oynamaqdadır. Bununla belə, yalnız 22 il bundan əvvəl, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin zəngin təbii ehtiyatları dövlətimizin sərvətinə çevrilib və onun inkişafına yönəldilib”.

Fərhad Məmmədov 2006-cı ilin iyun ayının 1-dən bu il aprelin 1-dək ölkədən 212 milyon 795,576 ton neft ixrac edildiyini deyib: “İxrac marşrutlarının müəyyən edilməsindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ neftin ən yüksək qiymətlə satışa çıxarılması və əldə edilən maliyyə vəsaitinin toplanması üçün şəffaf strukturun yaradılması idi. Bu məqsədlə 2001-ci ildə Dövlət Neft Fondu təsis edilib. İlk dövrlərdə fondun aktivləri 270 milyon ABŞ dolları olduğu halda, hazırda 34,325 milyard dollara çatdırılıb”.

Konfransın sonunda mühazirəçilər iştirakçıların suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR